Ölkə qadınlarının vəziyyəti açıqlanacaq

15:42 | 03.11.2017
Ölkə qadınlarının vəziyyəti açıqlanacaq

Ölkə qadınlarının vəziyyəti açıqlanacaq

"Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsini həyata keçirib.

Layihə çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif rayonlarında müvafiq qadın qrupları ilə görüşlər keçirilib, ölkə qadınlarının ümumi problemləri, sosial-psixoloji vəziyyəti araşdırılıb, qadınlarla öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər barədə söhbətlər aparılıb və onlara motivasiya nitqləri söylənilib. Eyni zamanda "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsi keçirilib.

7 noyabr saat 15:00-da layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək, müsabiqənin qaliblərinə müvafiq diplomlar və pul mükafatları təqdim olunacaq.

"Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Sizi bu tədbirdə görməyi arzulayır və böyük məmnuniyyətlə dəvət edir.

Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında, "Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində (Beynəlxalq Mətbuat Mərkəzinin binası) keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti