Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

19:25 | 16.12.2015
Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır


"Teleradio” İstehsalat Birliyi rəqəmli televiziya yayımına tam hazırdır”. Birliyin texniki direktoru Mikayıl Abbasovun sözlərinə görə, birlik Milli Televiziya Radio Şurasının (MTRŞ) qərarını gözləyir.
 
Onun sözlərinə görə, ölkədə televiziya verilişlərinin yayımlanmasını təmin edən 500-ə yaxın verici stansiya fəaliyyət göstərir. Onlardan 134-ü rəqəmli, qalanı isə analoq verici stansiyadır. Hazırda ölkə ərazisində rəqəmli və analoq yayım  paralel olaraq həyata keçirilir”.

M.Abbasov bildirib.

O, regionların tam şəkildə rəqəmli yayımla əhatə olunduğunu bildirib: "Bakıda "Teleqüllə” ilə yanaşı, "Günəşli", "Fatmayi" stansiyaları da fəaliyyət göstərir. Mərhələli şəkildə rəqəmli vericilər aktivləşdirilib. Füzuli rayonunun Əhmədbəyli, Tərtər, həmçinin Ağsu aşırımında yerləşən  Gülüstan stansiyaları vasitəsilə bütün Qarabağ ərazisi də rəqəmli TV yayımı ilə əhatələnib. MTRŞ tərəfindən analoq yayımın dayandırılması ilə bağlı qərar verildikdən sonra bu yayımı həyata keçirən stansiyalar fəaliyyətini dayandıra bilər".

Qeyd edək ki, rəqəmli televiziya yayımı sosial və kommersiya paketlərindən ibarətdir. Kommersiya paketində 100-ə yaxın, sosial paketdə isə 11 TV kanal mövcuddur.

Rəqəmli TV-ni dəstəkləməyən televizorlar üçün təqribən qiyməti 30 manatdan başlayan dekoderlər əldə edilməlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti