• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkə üzrə “Azəriqaz” istehlak edilən qazın həcmini açıqlayıb

Ölkə üzrə “Azəriqaz” istehlak edilən qazın həcmini açıqlayıb
02.02.2024 12:11
Ölkədə ərazisində fevralın 1-də ümumi sutkalıq təbii qazın qəbulu 43 milyon 441 min kubmetr təşkil edib. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bildirib.
 
Bakı və Abşeron yarımadası üzrə qəbul 25 milyon 644 min kubmetr, regionlar üzrə isə bu rəqəm 17 milyon 797 min kubmetr təşkil edib.
 
"Ölkə ərazisində ümumi sutkalıq təbii qazın qəbulunun 59 %-i Bakı və Abşeron yarımadasının, 41 %-i isə regionların payına düşüb, bu, ötən ilin müvafiq tarixinə qazın qəbulu üzrə göstərici 36 milyon 071 min kubmetr səviyyəsində olub",-  Rasim Əhmədov  media nümayəndələri üçün keçirilən "Açıq qapı” aksiyası zamanı bildirib.

Ötən  ay üzrə respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 1 milyard 278 milyon 633 min kubmetr təşkil edib.
 
2023-cü ildə ölkədə ümumilikdə abonentlərin 47,1 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib.
 
2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol