2023-cü ildə Azərbaycanda bank sektorunda çalışanların sayı 215 nəfər artaraq 23 569 nəfər təşkil edib. Bu da ötən illə müqayisədə 792 nəfər çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
2023-cü ildə fəaliyyət göstərən 23 bankın filiallarının sayı
475, şöbələrinin sayı 96, ATM-lərin sayı 3,040 olub.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 49,178.2milyon manat, cəmi
öhdəlikləri 43,114.8 milyon manat, balans kapitalı 6,063.4 milyon manat olub.
Ötən ilin dekabrında bankların cəmi aktivləri, сəmi öhdəlikləri və balans kapitalı
müvafiq olaraq 6.5%, 7.4% və 0.9% artıb.
Hazırda Azərbaycanda 23 bank, o cümlədən 9 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !