Ölkədə doğulan uşaqların sayı azalıb - Rəsmi

15:51 | 15.10.2024
Ölkədə doğulan uşaqların sayı azalıb - Rəsmi

Ölkədə doğulan uşaqların sayı azalıb - Rəsmi

2024-cü ilin səkkiz ayında ölkədə doğulan uşaqların sayı 68 129 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə azalaraq 11,2-dən 10,0-a düşüb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Doğulan körpələr arasında oğlanların sayı 53,2%, qızların sayı isə 46,8% təşkil edib. 
 
Hesabat dövründə doğulan uşaqların 96-sı üçəm, 4-ü dördəm, 2252 əkizdir. 
 
Səkkiz ayda ölkədə 39684 ölüm faktı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə 6-dan 5,8-ə düşməsidir. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM