Ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı artıb

10:45 | 15.05.2024
Ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı artıb

2024-cü ilin  aprelin 1-ə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22 %-dən çox atıb. Bunu Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov deyib.

"Ölkədaxili kart ödənişlərinin nağdsız dövriyyənin xüsusi çəkisi ötən illə müqayisədə 11 %-ə yaxın artaraq 62 faizə bərabər olub" - Orucov Bakıda keçirilən Fintex Sammitində deyib.

2023-cü ildə Banklar və "Azərpoçt” üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 16 milyon 925 min ədəd təşkil edib.

Ötən il ödəniş kartlarında artım debet kartları üzrə 24.6%, kredit kartları üzrə 21.5% təşkil edib.

Belə ki, 1 il müddətinə milli valyuta ilə qəbul edilən əmanətlərin illik faiz dərəcəsi "Azərbaycan Beynəlxalq Bankı”nda 6-6,5%-dən 8-9%-ə, "Expressbank”da 7,5-9,5%-dən 8-10%-ə, "Kapitalbank”da 6-6,5%-dən 8-9%-ə, "Unibank”da 7,5-10%-dən 7-9,5%-ə, "Yelobank”da isə 8-10,5%-dən 8-10%-ə dəyişdirilib.

Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM