Ölkədə enerji içkilərinin satışı məhdudlaşdırıla bilər – TƏKLİF

10:45 | 03.10.2017
Ölkədə enerji içkilərinin satışı məhdudlaşdırıla bilər – TƏKLİF

Ölkədə enerji içkilərinin satışı məhdudlaşdırıla bilər – TƏKLİF

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da enerji içkilərinin satışı məhdudlaşdırılmalıdır.

anews.az-ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, son zamanlar Azərbaycan kardioloqları da bununla bağlı həyəcan təbili çalırlar və uşaqların bu içkilərdən istifadə etməsi nəticəsində qəfil ölümlərin sayı artıb.

Millət vəkili bildirib ki, enerji içkiləri yuxu, əsəb pozğunluğu ilə yanaşı qan-damar sistemlərində də problemlərə gətirib çıxarır: 

"Bu səbəbdən Norveç, Fransa kimi ölkələrdə bu cür içkilərin satışı qadağan edilib. Digər ölkələrdə isə enerji içkiləri yalnız 18 yaşdan yuxarı olan şəxslərə satılır. Bu baxımdan müvafiq qanunvericilikdə dəyişiklik edilməlidir ki, uşaqların bu içkilərə əlçatanlığı aşağı düşsün”.

Onun fikrincə, enerji içkilərinin üzərinə "18+” yazılmalıdır: 

"Uşaqlara bu cür içkilər satılmamaldır. Bununla yanaşı, enerji içkilərin reklamına da qadağa qoyulmalıdır.

Məktəblərin yaxınlığında bu içkilərin satışına imkan vermək olmaz”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti