Yanvarda ölkə üzrə bank və bank olmayan təşkilatlardan kredit götürlənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,3% çox olub. Bu barədə Dövlət Statistikadan məlumat verilib.
Bildirilib ki, bu dövr ərzində bank və bank olmayan təşkilatlar müştərilərə 24362,5 milyon manat dəyərində kredit verib. Kredit məbləğinin 20370,1 milyon manatı uzunmüddətli kreditlərin payına düşüb.
Vaxtı keçən kreditlərin həcmi 22,2% azalaraq 454,1 milyon manat olub ki, bu da ümumilikdə kredit protfelinin 1,9%-ni təşkil edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !