Ölkədə olan işsizlərin sayı açıqlanıb

11:06 | 18.03.2024
Ölkədə olan işsizlərin sayı açıqlanıb

Ölkədə olan işsizlərin sayı açıqlanıb

2024-cü il martın 1-i tarixinə qeydiyyata alınmış işsiz şəxslərin sayı 216,6 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Onların 42,3 faizini (91,6 min nəfərini) qadınlar, 57,7%-ni (125 min nəfərini) kişilər təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436 manat olub.

Ən çox işsiz sayı isə təqribən 45,9 min nəfər göstərici ilə Bakıda qeydə alınıb.

Ötən ilin sonunda Azərbaycanda qeydiyyata alınmış işsizlərin sayı 217,6 min nəfər olub.

Ən az qeydiyyatda olan işsiz sayı isə Şahbuzda 44, Sədərəkdə 47, Kəngərlidə 79, Ordubadda 102 nəfər rəsmi işsiz kimi qeydiyata alınıb.
 
Azərbaycanda iqtisadi artım 2023-cü ildə 1.1% təşkil edib. Belə ki, ümumi daxili məhsul istehsalının dəyəri 123 milyard manat (72.3 mlrd. ABŞ dolları) olub.
 
Hazırda 65 min ailə ünvanlı sosial yardım alır. Bunu Əmək və Əhalinin Sosial Müdafisə nazirinin müavini Anar Kərimov noyabrın 16-da  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.deyib. 

O bildirib ki, bu yardım üçün ailələrə 490 manat pul ödənilir. 

Millət vəkili Siyavuş Novruzov Parlament çıxışlarının birində söyləyib ki, zamanla ünvanlı sosial yardım paketini ləğv etmək lazımdır. O bunu vətəndaşlarda ələbaxımlılıq vərdişi ilə əlaqələndirib. 
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM