2024-cü ilin mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 462,2 milyon manat təşkil edib. Bu ötən ayın 1-i ilə müqayisədə 1,8 % azdır. Bu barədə Azərbaycan Mərkəzi Bankının maliyyə hesabatında bildirilib.
Cari ildə problemli kreditlərin məbləği son 1 ildə isə 21,9 % azalıb.
Ötən ilin dekabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 437,84 milyon manat (hesabat dövründə 26,3% azalma) və ya bütün kreditlərin 1,8%-i (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
31 dekabr 2023-cü il tarixinə dövlət payı olan banklar 5 milyard 496,17 milyon manat (artım 42,7 faiz) və ya bütün kreditlərin 22,9 faizi, özəl banklar 17 milyard 686,78 milyon manat (artım 12,4 faiz) və ya bütün kreditlərin 73,8%-i qədər kredit verib. Yerdə qalan 796,16 milyon manat (artım 35%) kredit təşkilatlarının payına düşür.
2023-cü ilin sonuna verilən kreditlərin ümumi həcminin 19 milyard 538,67 milyon manatı (artım 20,7%) milli valyutada, 4 milyard 440,4 milyon manatı (artım 11,3 faiz) xarici valyutada verilmiş kreditlər olub. . Bununla yanaşı, dekabrın sonunda xarici valyutada olan kreditlərin xüsusi çəkisi 18,5% (2022-ci ilin sonunda - 19,8%) təşkil edib.
Bankların və Bank olmayan kredit təşkilatlarının kredit qoyuluşlarının strukturunda bu günə olan məlumata görə, ticarət və xidmət sektorur 3 milyard 539,3 milyon manat (bütün kreditlərin 14,8 faizi), mədənçıxarma sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı 752,8 milyon manat (3,1 faiz), kənd/meşə təsərrüfatı və balıqçılıq - 532,8 milyon manat (2,2%), tikinti - 1 milyard 133,75 milyon manat (4,7%), sənaye və emal sektorunda - 1 milyard 210,89 milyon manat (5%), nəqliyyat və rabitə - 1 milyard 426,28 milyon manat manatı (5,9%), ev təsərrüfatları üzrə 14 milyard 6,3 milyon manat (58,4%) həcmində kredit götürüb.
Eyni zamanda, bankların ev təsərrüfatlarının kredit portfeli 2023-cü ildə 24,2% artıb. 2022-ci ildə artım 31% olub.

Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !