Ölkədə qeyri neft-qaz sektoruna investisiya qoyuluşu artıb- STATİSTİKA

13:14 | 12.09.2023
Ölkədə qeyri neft-qaz sektoruna investisiya qoyuluşu artıb- STATİSTİKA

Ölkədə qeyri neft-qaz sektoruna investisiya qoyuluşu artıb- STATİSTİKA

2023-cü ilin səkkiz ayında Azərbaycanda əsas kapitala qoyulan məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə  15,4 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Cari ildə 10 milyard 864,8 milyon manat məbləğində vəsait yönəldilib.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2 %, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1 % artıb. İstifadə olunmuş vəsaitin 6 milyard 199,6 milyon manatı və ya 57,1 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 116,1 milyon manatı (37,9 %-i) xidmət sahələrinə, 549,1 milyon manatı (5 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 336,5 milyon manatını və ya 76,7 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 928,4 milyon manatı və ya 73 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 %, büdcə vəsaitləri 39,3 %, əhalinin şəxsi vəsaitləri 6,5 %, bank kreditləri 2,8 %, sair vəsaitlər isə 5,3 % təşkil edib.
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM