Ölkədə siqaret qıtlığı yaranıb

10:12 | 23.12.2015
Ölkədə siqaret qıtlığı yaranıb

Ölkədə siqaret qıtlığı yaranıb

Dekabrın 21-də manatın dollara nəzərən 50 faizə qədər ucuzlaşmasından sonra Bakının mağazalarında siqaret yoxa çıxıb.

Oxu.Az xəbər verir ki, adının çəkilməsini istəməyən satıcılardan biri AzadlıqRadiosuna deyib:

"Mağazada siqaret qurtarıb. Firmalar məhsul vermir. Bu gün yalnız çörək və süd məhsulları gətirilib. Başqa heç nə. Hələ heç nə demirlər bizə. Oturub gözləyirik".

Satıcı deyir ki, dükandakı malların hamısını şənbə-bazar günü satıblar. Hər bazar ertəsi günü mal gətirən firmalar bu həftə gəlib çıxmayıb.

Üzərində "press” yazılan, qəzet satmaq üçün nəzərdə tutulsa da, daha çox siqaret köşkü kimi tanınan yaşıl gümbəzli dükanların işləyəni də var, işləməyəni də.

İşləyən mağazalar siqaretin satılıb qurtardığını deyir. Amma bu köşklərdə siqaret dənə ilə hələ də satılır.

Siqaretin qiyməti də bahalaşıb. Əvvəllər dənəsi 10 qəpiyə satılan ucuz siqaretin indi dənəsi 20 qəpiyədir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM