Ölkədə vətəndaş cəmiyyəti qalmayıb - Mirvari Qəhrəmanlı

19:59 | 08.02.2024
Ölkədə vətəndaş cəmiyyəti qalmayıb - Mirvari Qəhrəmanlı

Ölkədə vətəndaş cəmiyyəti qalmayıb - Mirvari Qəhrəmanlı

Ölkədə vətəndaş cəmiyyəti qalmayıb. Bunu "Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”nın sədri Mirvari Qəhrəmanlı deyib.

"Bir çox qanunlar qəbul olundu. Amma qanunların icrasında problemlər var. Qeyri Hökumət Təşkilatlarını və jurnalistləri 5-ci kalon adlandırırlar, amma həmin kalon elə öz içlərindədir. Ölkədə vətəndaş cəmiyyəti qalmayıb.Seçkilərdə hələ də karusel əməliyyatlarına rast gəlinir. Bunu icra edən müəllimlər görəsən uşaqlara hansı təhsili öyrədir? Mərkəzi Seçki Komissiyasının ciddi islahatlara ehtiyacı var. Görünür bu könüllü olmasa, məcburi olmalıdır"- Qəhrəmanlı fevralın 8-də 3 təşkilatın birgə yaratdığı  "Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının birgə açıqlaması zamanı bildirib.

Mirvari Qəhrəmanlı vurğulayıb ki, koalisiyanın müşahidə etdiyi nöqsanlar barəsində yaxın zamanlarda hesabat hazırlanacaq
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM