Ölkədə "Yaşıl Kart" üzrə sığorta ödənişləri artıb

16:41 | 19.02.2024
Ölkədə

Ölkədə "Yaşıl Kart" üzrə sığorta ödənişləri artıb

2023-cü ildə Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə 429 yol-nəqliyyat hadisəsinə görə 1,662 milyon manat sığorta ödənişi verilib, bu da 2022-ci illə müqayisədə 52,7 % çoxdur. Bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb.
 
Ötən il bir hadisə üzrə orta ödəniş 3 873 manat olub ki, bu da əvvəlki ilə nisbətən 19,4 % çoxdur.
 
2023-cü ildə Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə 57 347 müqavilə rəsmiləşdirilib, həmin müqavilələr üzrə 10,131 milyon manat sığorta haqqı toplanılıb. Bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 2,6 dəfə və 3,4 dəfə çoxdur.
 
Artımda ötən il yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə "Yaşıl Kart" satılması böyük rol oynayıb.

Aytac


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM