Ölkədəki su hövzələrinin vəziyyəti yoxlanılır - VİDEO

10:40 | 30.06.2015
Ölkədəki su hövzələrinin vəziyyəti yoxlanılır - VİDEO

Ölkədəki su hövzələrinin vəziyyəti yoxlanılır - VİDEO

Məqsəd rekreasiya zonasının vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin müəyyən edilməsidir.

Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2015-ci il yay mövsümünə hazırlığı ilə əlaqədar monitorinqlər keçirilir. Artıq bir neçə yoxlama FHN və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən reallaşıb. 

Monitorinqlərdə məqsəd rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin müəyyən edilməsidir. Laboratoriya müayinələri tək paytaxt çimərliklərində deyil, ətraf rayonlarda olan bütün su hövzələrində aparılır.

"İcra və yerli özünü idarəetmə qurumların rəhbərləri, eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rayon şöbələrini əməkdaşları, polis orqanlar və tibb işçilərin nümayəndələri burada birlikdə fəaliyyət göstərirlər. Biz bütün qurumların nümayəndələrilə birlikdə müzakirələr aparırıq, necə etmək lazımdır ki, çimərlik ərazilər həm təmiz saxlanılsın, həm də bura istirahət etməyə gələn insanların təhlükəsizliyilə bağlı öncədən tədbirlər görülsün”, - deyə DSXX-nin sektor müdiri Mansur Piriyev bildirib.

Çimərliklərdə və digər çay-göl hövzələrində təbiətin, suların süni şəkildə çirkləndirilməsi halları xüsusən yaz-yay aylarında artır ki, sonradan atılmış tullantılar su hövzələrinin və sonda dənizin çirklənməsinə, xəstəliklərin artmasına səbəb olur. 

Bu problemlə bağlı Xaçmaz, Mingəçevir, Lənkəranda, Qəbələdə və digər rayonlarda monitorinqlər aparılıb. 8 minədək maarifləndirici bukletlər, plakatlar hazırlanıb.

"Vətəndaşlar su hövzəsinin ətrafına məişət tulantıların atırlar. Bundan başqa su hövzələrinin ətrafında yaşayan sakinləri çirkab suları birbaşa dənizə axıdırlar. Bu azmış kimi su hövzələrinin ətrafında mövsümü xarakterli obyektlər inşa olunu ki, məhz bu obyekt sahibləri də sonda bütün tullantıları dəniz sahilin qoyaraq oranı tərk edirlər”, - deyə Mansur Piriyev qeyd edib.

Monitorinqlərin keçirilməsi mütəmadi xarakter daşıyır. Su hövzələrinin ətraflarında sakinlər və həmçinin obyekt sahibləri tərəfindən süni yolla çirkləndirilmə halları aşkarlanacağı halda, cəza tədbirlərinin, cərimələrin də tətbiq ediləcəyi istisna deyil.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM