İqlim məsələlərinə görə, ölkələri neft və qaz istehlakçıları və istehsalçılarına bölmək qəbuledilməzdir. Bunu COP29-un icraçı direktoru Elnur Soltanov II Şuşa Qlobal Media Forumu çərçivəsində "Yaşıl dünya üçün həmrəylik - COP29” mövzusunda təqdimat zamanı deyib.
"Azərbaycan dünyanın enerji ehtiyatlarının 0,5 faizini istehsal edir, lakin biz enerji təhlükəsizliyinə öz töhfəmizi veririk. İstəməyənlər könüllü olaraq neft və qaz almaqdan imtina edə bilərlər. Amma nəzərə almalıyıq ki, müasir sivilizasiyanın uğurları məhz bunun hesabına əldə edilib”, - Soltanov deyib.
O bildirib ki, tənqid əvəzinə ümumi həll yolu tapılmalıdır.
"Afrika ölkələrinin havanın çirklənməsində payı cəmi 4 faizdir, lakin iqlim dəyişikliyinin fəsadlarından ən çox əziyyət çəkən bu qitənin ölkələridir”, - o vurğulayıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !