"Ölkəmizdə qızılca xəstəliyi yoxdur" - Baş pediatr

16:45 | 15.01.2018

"Ölkəmizdə qızılca xəstəliyi yoxdur" - Baş pediatr

"Bizə qızılca və məxmərəyə yoluxmuş xəstə ilə bağlı məlumat daxil olmayıb" 

AzVision.az xəbər verir k, bunu K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

O, qeyd edib ki, 2015-ci ildə Azərbaycan qızılca və məxmərəyin eliminasiyasına dair sertifikat alıb: "Hazırda Avropanın inkişaf ölkələrində qızılcanın epidemiyası müşahidə olunur. Ukrayna, Rusiya, Gürcüstan, Ukrayna və başqa Avropa ölkələrində qızılca ilə xəstələnmə davam edir. Azərbaycanda qızılca və məxmərək əleyhinə peyvəndin əhatəsi yüksək (95 faiz) olub. Ona görə də bu xəstəliyin ölkədə olma ehtimalı yoxdur. Lakin ölkə kənarından bura gələn vətəndaşlardan peyvənd olunmayan uşaqların yoluxma faizi yüksəkdir. Bu səbəbdən uşaqların peyvənd olunması vacibdir".

N.Quliyev əlavə edib ki, qızılcanın ev şəraitində müalicəsi mümkün deyil. Çünki ağır xəstəlikdir və müxtəlif formaları var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM