Ölkəmizə yuyucu vasitələrin içərisində dərman preparatları keçirmək istədilər

14:00 | 10.08.2017
Ölkəmizə yuyucu vasitələrin içərisində dərman preparatları keçirmək istədilər

Ölkəmizə yuyucu vasitələrin içərisində dərman preparatları keçirmək istədilər

Azərbaycan gömrükçüləri güclü təsirə malik maddələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə anews.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. Yoxlama zamanı 12 ədəd yuyucu vasitənin içərisində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1250 ədəd olan "T-Dol-200 Tramadol Hydrochloride Tablets 200mq” adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı”na daxildir və aşkar olunan 1250 ədəd dərman preparatında tramadolun təsiredici maddəsinin ümumi miqdarı 250 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM