• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır
02.04.2024 09:51
Azercell 2023-cü il üzrə hesabatı çərçivəsində şəbəkə təkmilləşməsinə dair məlumatları açıqlayır 

Rəqəmsal ekosistemin aparıcı qüvvələrindən biri, sürətli texnoloji inkişafın gələcək perspektivlərinə və  çağırışlarına dair strateji baxışa malik Azercell 2023-cü ildə ölkənin lider mobil operatoru statusunu qoruyub saxlayıb. Hazırda şirkətin respublika üzrə coğrafi əhatə dairəsi 94.50%, əhali üzrə əhatəsi isə 98.35% təşkil edir. 

2023-cü ildə də Azercell infrastrukturunu ölkə boyu genişləndirməyə və gücləndirməyə davam edib. Belə ki, Bakı, Abşeron və Sumqayıt ərazisində 207 stansiyada, bölgələrdə isə 833 stansiyada təkmilləşdirmə işləri aparılıb, bunlardan 100-ü Naxçıvanın payına düşüb. Təkmilləşdirmə işləri ilə yanaşı Azercell yeni baza stansiyaları quraraq xidmət şəbəkəsini daha da genişləndirib. 2023-cü ildə Bakı, Abşeron, Sumqayıt ərazisində 65, regionlarda isə 70 yeni stansiya fəaliyyətə başlayb. 

Abunəçilərin artan tələblərini qarşılamaq üçün həyata keçirilən şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi bütün ölkə üzrə 4G (LTE) şəbəkəsinin keyfiyyətinin yaxşılaşmasına və əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub. 18 aylıq layihə çərçivəsində Azercell-in Azərbaycan ərazisində 300-dən çox yeni baza stansiyası yerləşdirilib və təxminən 1600 mövcud baza stansiya təkmilləşdirilib. 
Nəticədə Azercell-in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb. Beləliklə də 4G-in son bir ildə əhatə dairəsində 10%, data trafik həcmində 48%, internet sürətində isə 100% artım müşahidə olunub. Modernləşdirmə layihəsi sayəsində Bakıda və Abşeron yarımadasında mobil operatorun şəbəkə tutumu 80%, ölkənin digər regionlarında isə 75% artıb. 

Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi Azercell-i mobil operatoru olaraq seçmiş 5 milyondan çox insanı daha sürətli məlumat ötürmə xidməti ilə təmin edib. Nəticə olaraq,  Azercell abunəçiləri sosial şəbəkələr, multiplayer oyunlar, videokonfranslar və geniş çeşidli rəqəmsal həllər kimi multimedia xidmətlərindən daha rahat istifadə edə bilirlər. 

İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu və dördüncü nəsil LTE (4G) radio baza stansiyalarını quran Azercell-in hazırda Qarabağda bu texnologiya əsaslı 153 baza stansiyası fəaliyyət göstərir. Şirkət 2023-cü ildə həmçinin Ağdərə, Xocalı və Xankəndi şəhərlərini də şəbəkəsinə əlavə edib, bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin olunması istiqamətdə işlərini davam etdirib.

"Yaşıl” texnologiyaların tətbiqinə başlayan mobil operator Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Qeyd edək ki, "yaşıl” baza stansiyaların enerji tələbatının 60% günəş enerjisi hesabına qarşılanır. ESG (ətraf mühit, sosial və idarəetmə) Gündəliyi çərçivəsində Azercell yaxın illərdə ölkə daxilində yaşıl stansiyaların sayını artırmağı planlaşdırır.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə məhkəməsi İmamoğluna iki il bir ay həbs və siyasi fəaliyyət qadağası verib
Cəmiyyət 22:44
Türkiyə məhkəməsi İmamoğluna iki il bir ay həbs və siyasi fəaliyyət qadağası verib
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:19
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Cəmiyyət 20:37
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Cəmiyyət 20:15
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət 19:36
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Cəmiyyət 19:06
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Cəmiyyət 18:22
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Cəmiyyət 18:10
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
Cəmiyyət 17:19
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox