Ölkənin lideri dayısını edam etdirdi

10:41 | 10.12.2013
Ölkənin lideri dayısını edam etdirdi

Ölkənin lideri dayısını edam etdirdi

 Şimali Koreyanın tanınmış liderlərindən biri, ölkənin başçısı Kim Çen Inın dayısı Çjan Son Thek tutduğu bütün  vəzifələrdən azad edilib.Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda «Şimali Koreyanın  Azad radiosu» xəbər yayıb.Mənbə bildirib ki, o, tutduğu vəzifələrdən azad edilməzdən öncə edam edilib.Çjan Son Thek dövlət müdafiə komitəsi sədrinin müavini  və başqa bu kimi yüksək vəzifələri tuturdu.  Məlumata əsasən, o, ötən həftənin 4 –cü günü edam olunub.Bununla belə Cənubi Koreyanın kəşfiyyatı bu haqda məlumatsız olduğunu bildirib.Şimali Koreyanın rəsmi agentliyinin məlumatına əsasən, Kim Çen Inın dayısı korrupsiyada, hakim Əmək Partiyasında öz fraksiyasını yaratmaqda ittiham olunub. «Çjan Son Thek qadın düşkünü idi. O, kapitalist həyat tərzinin təsiri altında təmtəraqlı yaşayır, restoranlarda ayrıca zalda dəbdəbəli şam təşkil edirdi» -deyə agentlik bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM