Ölkənin sığorta bazarı böyüyüb

15:47 | 26.02.2024
Ölkənin sığorta bazarı böyüyüb

Ölkənin sığorta bazarı böyüyüb

2024-cü ilin yanvarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 139,114 milyon manat sığorta haqqı toplanılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,783 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,3 % çoxdur.

Ötən ay sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,3 manat olub.
 
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
 
Bundan əlavə, hesabat dövründə məcburi sosial sığorta üzrə ayırmalar 1 milyon 352,782 min manat, əməkhaqqının ödənilməsi ilə bağlı digər nağd ödənişlər üzrə xərclər 640,631 min manat, ölkədaxili ezamiyyət xərcləri 69,094 min manat təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM