Ölkəyə gələn xaricilərin nağdsız ödənişlərinin həcmi açıqlandı

17:20 | 01.08.2017
Ölkəyə gələn xaricilərin nağdsız ödənişlərinin həcmi açıqlandı

Ölkəyə gələn xaricilərin nağdsız ödənişlərinin həcmi açıqlandı

Son dövrlər qeyri-neft sektorunun inkişafı çərçivəsində turizmə yönəlmiş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin intensiv inkişafı üçün geniş imkanlar yaranıb. Təsadüfi deyil ki, Azərbaycana gələn əcnəbilərin sayında və uyğun olaraq onların nağdsız ödənişlərinin həcmində artım müşahidə olunur.

anews.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, 2017-ci ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93 faiz artaraq 507 milyon 450 min 635 manat təşkil edib. Bu göstərici 2016-cı ilin birinci yarısında 263 milyon 427 min 544 manat, il ərzində isə 602 milyon 288 min 119 manat olub.

Məlumat üçün bildirək ki, qeyd olunan vəsaiti ölkəmizə gələn əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə həyata keçirdiyi ödənişlər təşkil edir, onların səfərdən qabaq və ölkə daxilində nağd ödənişləri bu məbləğə daxil deyil.

Qeyd edək ki, Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən, Azərbaycan üzrə 2016-cı ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard ABŞ dolları olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM