Ölkəyə silah keçirilməsinin qarşısı alındı

12:40 | 16.05.2017
Ölkəyə silah keçirilməsinin qarşısı alındı

Ölkəyə silah keçirilməsinin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda dəyənəyə oxşar predmetin təsviri görünüb. Həmin baqaja təkrar yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar olunub.

Xatırladaq ki, vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı belə dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM