"Ötən il 6 milyondan çox qaçaqmalçılıq yolu ilə gətirilən siqaret gömrük orqanları tərəfindən saxlanılıb".
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, həmin siqaretlər məhv edilir.
Komitə sədri qeyd edib ki, 2016-ci illə müqayisədə siqaretin rəsmi idxalı artıb. A.Əliyev, həmçinin vurğulayıb ki, ölkəyə siqaret gətirilməsinin məhdudlaşdırılması ilə bağlı Milli Məclisə təklif irəli sürüləcək.
"Nazirlər Kabinetinin əvvəlki qərarına əsasən, hər bir insan sərhədi keçərkən hər dəfə 3 qutu siqaret gətirə bilər. Biz bunu ayda bir dəfə endirdik. Lakin tətildən sonra Milli Məclisin yaz sessiyasına təklif edəcəyik ki, siqaretin şəxsi məqsədlərlə gətirilməsini 3 qutudan bir qutuya endirək. Yəni, şəxsə ayda bir dəfə bir qutu siqaret gətirməyə icazə verilsin. Bu təklifimiz qəbul olunrsa, digər təkliflərimiz də olacaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !