Müdafiə Nazirliyi ötən gecə ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olduğu bildirilən və Azərbacan Silahlı Qüvvələrində xidmət etdikləri iddia edilən 4 hərbçinin - Fərid Əliyev (19 yaş), manqa komandirr Cahangiz Muradov (19 yaş), leytnant Ramazan Abdullayev (23 yaş) , leytnant Qurban Həsənov (24 yaş) adlı şəxslərin qətlə yetildiyi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirdi.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yuxarıda adları çəkilən şəxslərin heç bir Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xismət etmirlər: “O adlarla bağlı araşdırma apardıq. Mətbuatda yayılan həmin ad və soyadda olan şəxslər ümumiyyətlə Azərbaycan ordusunda xidmət etmirlər”.
Qeyd edək ki, kütləvi informasiya vasitələri ötən gecə erməni hərbi birləşələrinin atəşkəsi pozması nəticəsində Fərid Əliyev, Cahangiz Muradov , Ramazan Abdullayev, Qurban Həsənov adlarında Azərbaycan əsgəri və zabitinin qətlə yetildiyi barədə məlumatlar yayıb.
ANS PRESS