Fransalı professor Nikolya Danşen Avropa Kardioloqlar Cəmiyyətinin konqersində çoxillik araşdırmalarının nəticəsini təqdim edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Danşen müntəzəm çay içməyin ürək-damar sistemi ilə bağlı olmayan xəstəliklərdən ölüm riskinin 24 faiz azaltdığını bildirib.
Fransalı alim öz həmarkarları ilə birlikdə yaşı 18-95 arasında dəyişən 131 min 401 pasientin göstəricilərini tədqiq ediblər. Təcrübəyə məruz qalan insanlar 3 qrupa – çay və kofe içməyən, gündə 1-4 fincan çay-kofe içənlər və gündə 4-dən artıq çay-kofe içənlərə bölünüblər.
Müəyyən olunub ki, çay və kofe həvəskarları (xüsusən siqaret çəkənlər) daha yüksək ürək-damar xəstəliklərinə yoluxma riskinə malik olub.
Gündə 4 fincandan çox kofe içən insanlarda sistolik arterial təzyiqin azaldığı, diastolik təzyiqin isə yüksək olduğu aşkarlanıb. Çayın da orqanizmə təsiri analoji olub. Tədqiqatlara əsasən, çayxorlar arasında ürək-damar sistemi ilə bağlı xəstəliklərdən ölüm riski 24 faiz az olub. Xüsusən, siqaret çəkənlər daha çox çayın təsirinə məruz qalıb.
Alimlərin fikrincə, bu nəticələr sağlamlığın qorunmasında önəmli rol oynayan antioksidantların çayda bol olması və çay içənlərin kofe həvəskarları ilə müqayiəsə daha sağlam həyat tərzi keçirməsi ilə əlaqəlidir.
Professor Nikolya Danşen çay və kofe arasında seçim edərkən çaya üstünlük verməyi məsələhət görür.
ANN.Az