"Ölməkdən qorxmuram, lakin futbola baxa bilməyəcəyimdən qorxuram".
ANN.Az xəbər verir ki, bunu anspress-ə açıqlamasında Bakı şəhərinin meri Hacıbala Abutalıbov bildirib.
“İşlə əlaqədar dövlət tədbirləri və s. olmadığı təqdirdə dünya çempionatının bütün oyunlarını izləyəcəm. Braziliya yığmasını, Türkiyəni sevirəm, "Qarabağ"ı sevirəm sonda isə "Neftçi"ni sevirəm. Bəli bu komandalar mənim favoritimdir. "Dinamo Kiyev" də həmçinin. Builki çempionatda da Braziliya millisinin çempion olacağını arzulasam da, Almaniyanın buna icazə verməyəcəyini düşünürəm”, - deyə Bakı şəhərinin meri bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !