London 5 ölkənin şirkətinə sanksiya tətbiq edib

17:46 | 07.11.2024
London 5 ölkənin şirkətinə sanksiya tətbiq edib

London 5 ölkənin şirkətinə sanksiya tətbiq edib

Böyük Britaniya Qazaxıstan , Çin , Türkiyə , Özbəkistan və Estoniya şirkətlərinə  Ukraynada xüsusi hərbi əməliyyat (SVO) keçirməkdə Rusiyanın dəstəyinə görə  sanksiyalar tətbiq edib . Bu barədə Britaniya hökumətinin saytında məlumat yerləşdirilib. 


London Estoniyanın Virmavia şirkəti, Çin şirkətləri Jinhua Hairun Power Technology, Redlepus TSK Vektor Industrial, Chengdu Jingxin Technology, Dongguan Shengyin CNC Equipment və Sino Holdings Group, Xin Quan Electronics, Makewell Industrial Trading, Haineng Machinery və Ace-nin aktivlərini dondurmaq qərarına gəlib. 


Sanksiyaya məruz qalan Qazaxıstan şirkətləri arasında Stanex Group, Kazstanex, TawKz, Zapchasttrade, CPS Energy və Rabadaziya var. Özbəkistanın "Uzstanex” və Türkiyənin "İnovasyon Teknoloji Sanayi Ve Ticaret Limited Sirketi” şirkətlərinə məhdudiyyətlər qoyulub.


Sanksiya siyahısında Rusiyanın Zenit Finance, Elesar Group və Navis dizayn bürosu da var.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM