London sakinləri metro üzünə həsrət qalacaq

19:51 | 08.07.2015
London sakinləri metro üzünə həsrət qalacaq

London sakinləri metro üzünə həsrət qalacaq

Böyük Britaniyanın paytaxtı Londonda nəqliyyat işçilərinin tətili ilə əlaqədar sakinlər bir sutka ərzində metrodan istifadə edə bilməyəcək.

ANS PRESS-in məlumatına görə, bununla yanaşı, Londonun vağzalları və bir neçə qraflıqlar arasındakı dəmiryolu əlaqəsində məhdudiyyətlər yaranacaq. Metropolitenin 20 min işçisini birləşdirən dörd həmkarlar ittifaqı bu gün axşam saatlarından başlayaraq, 24 saatlıq tətil keçirəcək. 

Etirazçılar metropoliten rəhbərliyindən sentyabrın 12-dən istirahət günlərində 24-saatlıq iş rejiminə keçidlə bağlı əmək haqlarının artırılmasını tələb edirlər. Metropoliten rəhbərliyi, öz növbəsində, həmkarlar ittifaqlarına ədalətli təklif irəli sürdüyünü iddia edir. Belə ki, gecə növbəsində çalışan maşinistlərə 2 min funt sterlinq məbləğində bonus və əmək haqqının 2 faiz artırılması təklif olunub. Metropoliten işçilərini isə bu təklif qane etməyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM