“London” taksi sürücülərinə bəd xəbər

15:19 | 15.03.2014
“London” taksi sürücülərinə bəd xəbər

“London” taksi sürücülərinə bəd xəbər

“Bakı Taksi” MMC-də “London taksi” şirkəti ilə tərəfdaşlıq çərçivəsində müasir tədris proqramı üzrə treninq mərkəzi fəaliyyətə başlayıb. Bunu AzNews.az-a açıqlamasında “Baku Taxi Company”ni şirkətinin icraçı direktoru Vüqar İbrahimov bildirib. Onun sözlərinə görə, kurslara MMC-nin rəhbər şəxsləri, bələdçilər, avto dəstə rəisləri cəlb edilib. V. İbrahimov deyib ki, bundan sonrakı mərhələdə taksi sürücüləri bu treninqlərə cəlb olunacaq: “Kursların müddəti 6 aydır. Hər bir sürücü iki günlük proqram əsasında treninqə cəlb olunacaq. Sonda isə imtahan keçiriləcək və tələblərə cavab verməyən sürücülərlə əməkdaşlıq dayandırılacaq”. O əlavə edib ki, treninqlərdə sürücülük qabiliyyəti, xidmət mədəniyyəti, sərnişinlə davranış, sürücülərin ünsiyyət vasitəsi olan dil əngəlini aşmaları üçün təlimlər keçiriləcək. İcraçı direktor təmsil etdiyi şirkətdə sürücü kimi çalışmaq istəyən şəxslərə də müraciət edib: “Kurslarda istənilən şəxsin ödəniş etmədən iştirak etmək şansı da var. İmtahandan keçə bilən sürücülərlə əməkdaşlıq müqaviləsi bağlanacaq”. V. İbrahimov onu da əlavə edib ki, taksilərdə bütün sürücülər xüsusi geyimlə təmin olunacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti