• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu

Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu
01.12.2023 15:15
Maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan "The Banker” jurnalı 2023-cü ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib.
 
Azərbaycan üzrə "İlin bankı” nominasiyasına ABB layiq görülüb. ABB bu mükafatı strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə qazanıb. Noyabrın 30-da Londonda keçirilən Qala tədbirində mükafat ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova təqdim olunub.
 
2023-cü il üzrə "İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında HSBC, OTP Bank, UniCredit Bank, BBVA, Türkiyə İş Bankası, Société Générale və başqa  nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür.

"The Financial Times” qəzetinə aid olan "The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı "İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə "Bankçılıq sektorunun Oskarı” kimi də qəbul edirlər. "İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Bankların strateji təşəbbüsləri, texnologiyaları, məhsul və xidmətləri əsas meyar kimi götürülür. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, "The Banker” jurnalının "İlin bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır.
 
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Azərbaycanın ən böyük bankı olaraq ölkəmiz adına bu mükafatı qəbul etməkdən qürur duyuruq. Bu nailiyyətimizdə mühüm rol oynayan tərəfdaşlarımıza, müştərilərimizə, hər bir ABB əməkdaşına minnətdarlığımızı bildiririk. Beynəlxalq səviyyədə fəaliyyətimizə verilən bu yüksək qiymət inkişaf layihələrimizin uğurunu göstərir. ABB olaraq bundan sonra da daim mükəmməlliyə can atacaq, məhsul və xidmətlərimizlə, yeni texnoloji həllərimizlə ölkəmizin inkişafına dəyər qatmağa çalışacağıq”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
İqtisadiyyat 17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
İqtisadiyyat 14:22
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov
İqtisadiyyat 12:47
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov
İƏT öz potensialından aşağı səviyyədə istifadə edir - ECO baş katibi
İqtisadiyyat 11:25
İƏT öz potensialından aşağı səviyyədə istifadə edir - ECO baş katibi
Azərbaycan 2026-cı ilə qədər Bakı limanının gücünü 25 milyon tona çatdırmağı planlaşdırır — Elnur Əliyev
İqtisadiyyat 11:07
Azərbaycan 2026-cı ilə qədər Bakı limanının gücünü 25 milyon tona çatdırmağı planlaşdırır — Elnur Əliyev
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:28
Azərbaycan nefti bahalaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:06
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol