Azərbaycan Noyabrın 19-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı baş qərargahında Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB-in təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə “Azərbaycan Günü” keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə İSN-nin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak edəcəklər.
“Azərbaycan Günü”ndə müxtəlif təqdimatlar keçiriləcək, Azərbaycanın qazandığı iqtisadi uğurlar nümayiş olunacaq.
Tədbir çərçivəsində iştirakçılara ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi potensialı barədə məlumatları özündə əks etdirən materiallar paylanacaq və Azərbaycan musiqisi səsləndiriləcək.
ANN.Az