Londonda İŞİD təhlükəsi – kraliçaya sui-qəsd planı aşkarlandı

13:58 | 08.11.2014
Londonda İŞİD təhlükəsi – kraliçaya sui-qəsd planı aşkarlandı

Londonda İŞİD təhlükəsi – kraliçaya sui-qəsd planı aşkarlandı

Britaniya polisi kraliça ll Yelizavetaya qarşı sui-qəsd törətmək istəyən 4  nəfəri həbs edib.

 

Publika.az  “The Sun” qəzetinə istinadən xəbər verir ki, terrorçular 2-ci Yelizavetanı cümə günü, “Kral legionu"nun hərbi münaqişələr zamanı  həlak olmuş qulluqçularının xatirəsinə həsr olunan  festival zamanı öldürməyi planlaşdırıblarmış.

 

Cinayətkarlar  “Albertt-Holl”da kraliçaya bıçaqla hücum edəcəkmişlər. Ehtimal olunur ki, odlu silahları da olub.

 

Lakin polis 19-27 yaş aralığında olan terrorçuları vaxtında zərərsizləşdirib.

 

Həbs olunanların arasında yaşca ən kiçiyi olan Yusif Səid anasının “Hay Uikome” küçəsindəki evində həbs edilib. 19 yaşlı gənc bu yaxınlarda Pakistana səyahətdən qayıdıb.

 

Hələlik başqa məlumat verilmir. Ancaq o məlumdur ki, əməliyyatda polislə birgə antiterror mərkəzinin döyüşçüləri və  xüsusi xidmət orqanı “M1”-in əməkdaşları da iştirak edib.

 

Hazırda həbs olunanların İŞİD terror təşkilatı ilə əlaqəsi olub-olmamaları araşdırılır.

 

Bir müddət əvvəl İŞİD Avropa və Amerikada terror törədəcəyini bəyan etmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM