Heyvan Hüquqları Təşkilatı PETA İngiltərənin paytaxtı Londondakı məşhur Trafalqar Meydanında qeyri-adi aksiya keçirib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, 100-ə yaxın çılpaq insanın olduğu qrup üstünə qan rəngli qırmızı boya sürtüb yerə uzanıb. Bununla onlar heyvan qətliamlarına diqqət çəkməyə çalışıblar. 1 noyabrda qeyd olunan Ümumdünya Vegeterianlar Günü münasibətilə təşkil olunan aksiyada ''Həyatı seçin, vegeterianlığı seçin'', ''ətləri üçün öldürülürlər'' yazılı plakatlar qaldırıblar.Aksiyanın sonunda üzərində "noyabr ayı boyunca ət yeməyin" yazılan broşüralar paylanılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !