Londonun lord-meri Bakıya gəlir

10:46 | 30.05.2015
Londonun lord-meri Bakıya gəlir

Londonun lord-meri Bakıya gəlir

Azərbaycan Böyük Britaniyanın ən vacib regional tərəfdaşlarından biridir. 

ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Londonun lord-meri Alan Yarrou Bakıya səfəri ərəfəsində deyib.

Onun sözlərinə görə, ticarətin inkişafı, dövlətlər arasında ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün imkanlar mövcuddur: "Ümid edirəm ki, mənim və iş adamlarından ibarət nümayəndə heyətinin səfəri Azərbaycan və Britaniyanın biznes ictimaiyyəti arasında qapıları açacaq. Bu, qarşılıqlı mənfəətə səbəb olacaq. Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi üçün bir çox imkanlar - əsas infrastruktur layihələrində məsləhətləşmələr və təcrübə, özəlləşdirmə və s. mövcuddur”.

Londonun lord-meri A.Yarrou gələn həftə Bakıya səfər edəcək.

Lord-meri Azərbaycanla iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

A.Yarrounun Bakıda "Deloyt” şirkəti ilə birgə keçiriləcək "London Fond Birjasının maliyyə bazarları üzrə forum”da iştirak edəcəyi gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM