Qarabağ separatçıları “O Sole mio”nu eşidə bilməyəcəklər.Məşhur italyan müğənnisi Robertino Loretti Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi Dağlıq Qarabağda çıxış etməkdən imtina edib.Oxu.Az-ın Vesti.Az-a istinadən xəbərinə görə, informasiya mənbələrindən məlum olub ki, Azərbaycanın İtaliyadakı səfirliyinin müdaxiləsindən sonra R.Loretti ermənilər tərəfindən elan edilmiş Dağlıq Qarabağda 19 iyun tarixində keçiriləcək konsertindən imtina edib. Beləliklə də Qarabağ separatçıları R.Lorettinin ən məşhur hiti olan “O Sole mio”nu canlı ifada eşitməyəcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !