Bu
gün Bakının Nizami rayonunda yerləşən "8-ci
kilometr” qəsəbəsi ərazisindəki Lotos Ticarət Mərkəzində dükan sahibləri ilə kirayə
haqqlarını yığan nəzarətçilər arasında qarşıdurma baş verib, bu barədə Anews.az-a hadisə yerində olan vətəndaş Fuad İsmayılov məlumat verib.
Onun
sözlərinə görə, qarşıdurmaya səbəb icarə haqqlarının ticarət mərkəzinin rəhbərliyi
tərəfindən artırılması olub.
Onun
sözlərinə görə, baş vermiş hadisəni videoya çəkən şəxslər polis tərəfindən
saxlanılıb, səbəbini soruşduqda isə onların telefon oğrusu olduqlarını
bildiriblər. Saxlanlanlar arasında Fuad
İsmayılov da olub.
Onu 24-cü polis bölməsinə apararaq söhbət edib və sonra
sərbəst buraxıblar. Digər saxlanılanlar və ticarət mərkəzi rəhbərliyinin icarə haqqı ilə bağlı sonrakı qərarı barədə məlumat
yoxdur.
DİN məsələyə
hələlik münasibət bildirməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !