Lotu Hikmətin cəza çəkdiyi Şuşa həbsxanasından VİDEO

11:41 | 10.01.2022
Şuşa həbsxanası - 1848-ci ildə Çar Rusiyası dövründə Şuşa şəhərində inşa olunmuş cəzaçəkmə müəssisəsidir. Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir və qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib. 1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olunan zaman həbsxana Ermənistanın nəzarətinə keçib. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri azad edilərkən həbsxana yenidən Azərbaycanın nəzarətinə qayıdıb.

Anews.az İTV-yə istinadən xəbər verir ki, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub. Sonradan bu say min nəfər məhbusadək artırılıb.

Sovet hakimiyyəti illərində qapalı tipli cəza çəkmə müəssisə kimi fəaliyyət göstərib. Əsasən ağır cinayət törətmiş məhbusların saxlanma yeri olub.

Şuşa həbsxanasının 99 kamerası olub ki, bunların 96-da dustaqlar qalıb, 3-ü isə cərimə otağı kimi istifadə olunub. Məhbuslar həbs olunduqları maddələrə uyğun olaraq, kameralara bölüşdürülürdü. Buna uyğun bəzi kamerada 2, bəzilərində isə 30-40 məhbus saxlanılırdı.

Kişilərlə yanaşı, türmənin qadın məhkumları da olub. Amma onların sayı həmişə az olub.

Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunurdu. Burada cinayət aləminin məşhur nüfuzlu nümayəndələri - "Korzubı Vaqif”, "Razboynik Çingiz”, "Malış Söhbət”, Tengiz və "Lotu Hikmət" cəza çəkib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM