Lotu Quli: “Bizə şah lazım deyil”

09:17 | 22.09.2018
Lotu Quli: “Bizə şah lazım deyil”

Lotu Quli: “Bizə şah lazım deyil”

Avqustun sonunda Moskvada keçirilən "sxodka”da "qanuni oğrular” Oleq Şişkanı Rusiyanın "baş oğrusu” elan ediblər. Bundan sonra o, "oğru obşakına” da cavab verəcək.

Oxu.Az-ın Сrimerussia nəşrinə istinadən məlumatına görə, namizədi cinayət aləminin Mixail Voyevodin (Mişa Lujneçkiy), "sxodka” məhz onun restoranında keçirilirdi, Vasili Xristoforov (Vasya Voskres), Dmitri Çanturiya (Miron), Aleksey Petrov (Petrik),Sergey Aksenov (Aksen), Badri Koquaşvili (Badri Kutaisski), Kaxaber parpaliya (Kaxa), Elquca Turkadze (Quca Kutaisski), və Merab Qoqiya (meliya) kimi üzvləri dəstəkləmişdilər.
 
Qiyabi olaraq öz razılığını Eduard Asatryan (Edik Osetrina) vermişdi. Şişkanı həmçinin Laşi Şuşanaşvili (Laşa Rustavski) klanında da dəstəkləmişdilər. Bundan əlavə Şişkanın namizədliyi Ded Hasanın bütün davamçılarının düşməni sayılan Merab Canqveladze (Merab Suxumski) də qəbul etmişdi. Şişkanın namizədliyinə Zaxari Kalaşnikov (Şakro Molodoy) özü də etiraz etməmişdi. Qeyd edək ki, Şişkan cinayət aləmində məhz onun yerini tutub.
 
Səsvermədən yeganə imtina edən azərbaycanlı "qanuni oğru” Nadir Səlifov (Lotu Quli) olub. Bildirilir ki, guya Lotu Quli öz mövqeyini "bizə şah lazım deyil” ifadəsi ilə izah edib.

Yeni müharibə başlayacaqmı? Çox güman ki, yox. Şişkan hamını qane edən şəxs kimi seçilib. Buna görə Quliyə sadəcə onsuzda ona məxsus olan tərəvəz bazarlarını və azərbaycanlıların Rusiyada nəzarət etdikləri digər sahələri "götürməyə” icazə verəcəklər. Bundan başqa, Quli münaqişəni ilk qızışdıran şəxslərdən deyil. 

Həbsxanadan çıxdıqdan sonra Türkiyəyə, oradan Birləşmiş Ərəb Əmirliklərinə gedən və bir müddət əvvəl Monteneqroda görünən "qanuni oğru” hazırda öz klanını formalaşdırmaqla məşğuldur. 

O, Rəşad İsmayılov, Aleksandr Kuşnerov (Kuşner), Merab Papiya, Merabi Mzarelua (Duyake), Roland Qeqeçkori (Roland Şlyapa) və digərlərini ətrafına toplaya bilib. 

2018-ci ilin əvvəlində "Kutaisi” klanının nümayəndələri Qayoz Zviadadze (Qiya Kutaisski) və Zaala Maxaroblizde (Qlexoviç) Qulinin Türkiyədə qonağı olub. Bu o demək idi ki, onlar Qulinin gücünü etiraf edirdilər. 

Ancaq Quli kiminsə əli altına girməyə çalışmır, daha çox neytral mövqeyi ilə seçilir. Bu da qalan "oğrular”ın məsələyə sakit yanaşmasına gətirib çıxarıb. 
 
Azərbaycan diasporunun üzvlərinin tanınmış "qanuni oğru”nun nəzarətinə keçməsinin ilk dalğası Qulinin əsas rəqibi Rövşən Caniyevin (Lənkəranski) öldürülməsindən dərhal sonra baş tutdu. İkinci dalğa isə 2017-ci ilin oktyabrında Qulinin azadlığa çıxması ilə yaşandı. İndi Rusiya tərəvəz bazarında işləyən biznesmenlərin kimin nəzarətində olmasını müzakirə etmək axmaqlıq olardı. 

Belə ki, misal üçün, Canıyevin köməkçisi kimi tanınan Sverdlovsk "avtoriteti” Ağayar Ağayev (Sedoy) əvvəlcə regionu özü idarə etməyə çalışırdı, ancaq nəticədə Quliyə tabe oldu və özü ilə bərabər Yekaterinburqdakı digər azərbaycanlı biznesmenləri də klana gətirdi.

Ağayar Ağayev (Sedoy)

Bununla yanaşı, heç də hər yerdə Qulinin işi yaxşı getmir. Misal üçün, 2017-ci ilin sonlarında Moskvada Qulinin adamları ilə çeçen "qanuni oğru” Aziz Batukayevin dəstəsi arasında münaqişə baş verdi. Çeçen klanı Qulinin nəzarətində olan Doroqomilovsk, Danilovsk və Butovsk bazarlarını ələ almağa çalışırdı. 

Bəzi məlumatlara görə, Qulinin maraqlarını müdafiə etmək istəyən döyüşçülərin sayı 7 yüzdən çox idi, çeçenlərin dəstəsi isə çox zəif idi. Nəticədə məsələyə hüquq-mühafizə orqanları qarışdı. 

Daha sonra məlum oldu ki, Batukayevi bu işə Səlifovun "oğru” titulundan məhrum etdiyi Əli Heydərov (Albert Rıjıy) itələyib. Ona görə də çeçen "qanuni oğru” nəyə ilişdiyini vaxtında başa düşdü, geri çəkildi və münaqişə yatırıldı. 



Aziz Batukayev (solda)

Bundan sonra Qulinin paytaxtdakı təsir dairəsi genişlənirdi. Eyni zamanda, bu ilin yazına yaxın Lənkəranskinin nəzarətində olan əsas qalalardan sayılan Kalujsk magistralındakı "Fud Siti” bazarı bağlandı. Bazara nəzarət edən qətlə yetirilmiş "qanuni oğru”nun yaxını Zaur Əhmədovun son vaxtlar gücü tükənmək üzrədir.

Ofisdən bazara gedərkən o, mühafizəçilərin köməyindən istifadə etməli olurdu. Çünki istənilən an ona qarşı sui-qəsd təşkil oluna bilərdi.  Vəziyyət nəzarətdən çıxmışdı və Qulinin döyüşçüləri bazara işləyən azərbaycanlılara başa salırdı ki, onlar yalnız Səlifova pul ödəməlidirlər. 
 
2018-ci ilin aprelində məlum oldu ki, Əhmədovun Moskvada köməyinə Caniyevin dəstəsinin fəal üzvlərindən biri, muzdlu qatil, "qanuni oğru” Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) gəlib. 

Hacı Beyləqanski Quliyə qarşı sui-qəsd təşkil etməyə çalışan şəxslər arasında Türkiyədə yaxalanmışdı. Xatırladaq ki, həmin vaxt Qulidən intiqam almaq üçün Caniyevin qardaşı Namiqlə birlikdə ondan çox insan gəlmişdi. Onlar Lənkəranskinin ölümündə Qulini ittiham edirdilər. 

Onların üzərindən silahlar və qumbaralar aşkar edilmişdi. Eyni zamanda, fevralın ortasında bütün saxlanılan şəxsləri sübut olmadığı üçün azadlığa buraxdılar. 

Hacı Beyləqanskinin Moskvada görünməsi Qulinin təzyiqlərinə qarşı durmaq üçün atılan son addım idi, ancaq onlar bu istəyinə nail olmadılar. İyunun əvvəllərində Talıbxanlı hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Ona qarşı sui-qəsd təşkil etmə, qətl və qanun silah saxlama maddələri üzrə ittihamlar irəli sürüldü.

İstintaq məlumatlarına görə, Beyləqanski Aslan Usoyanın (Ded Hasan) gizli "patriarxı” "avtoritet” İlqar Əliyevin (Danabaş) qatili hesab edilir. Bundan başqa, bəzi məlumatlara görə, onun adı daha onlarla qətldə hallanır. Bu o deməkdir ki, Talıbxanlı uzun müddətlik Lənkəranskinin varisliyi uğrunda mübarizədən uzaqlaşdırıldı. 
 
Eyni zamanda, yaxın vaxtlarda Sankt-Peterburqda 43 yaşlı azərbaycanlı Nazim Nüsrətov hakim qarşısına çıxarılacaq. O, Qulinin yaxın adamı Cabir Həsənovun qətlində şübhəli bilinir. 2017-ci il aprelin 28-də o, paytaxtın şimalındakı Lenin prospektində güllələnib. 

Belə görünür ki, azadlığa çıxdıqdan sonra Quli Rövşən Lənkəranskinin yerini tutacaq. Bu zaman məsələsidir, ömrünün 20 ilini həbsxanada keçirən şəxs isə səbirli ola bilməz.  

Lənkəranskinin klanının qalıqlarını isə pis tale gözləyir. Hazırda dəstə nəinki çox sayda üzvünü, eləcə də iqtisadi bazasını itirib. Quli isə təsir dairəsini Ukrayna, Baltikyanı və daha sonra Avropayadək artırmaq fikrindədir.

Bu ilin əvvəlində Kiyevdə Ukraynada azərbaycanlıların mitinqi keçirildi. Onlar burada azərbaycanlı biznesmenlərin öldürülməsinə qarşı şüarlar səsləndirdilər. Son vaxtlar onlara qarşı güclü təzyiq var, qəsb və qaçırılma olayları baş verib. 

Bundan başqa, Ukrayna Milli Polis idarəsinin rəis müavini Vyaçeslav Abroskinin sözlərinə görə, Quli həbsdə olan müddətdə bəzi qətlləri təşkil edir və Ukraynadakı bazarları nəzarətinə alırdı. 

Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq mətbuat katibi Stanislav Reçinskinin sözlərinə görə, xarici ekspansiyaya qarşı durmaq üçün heç kim yoxdur. "Qanuni oğrular” Sergey Lısenko (Lera Sumskoy) və Ukrayna sərhədlərindən kənarda olan Andrey Nedzelski (Nedelya) da bu işə qarışmaq istəmirlər. 



Sergey Lısenko (Lera Sumskoy)

Abroskin Qulini postsovet məkanında ən təhlükəli cinayətkar kimi xarakterizə edir və onu ölkələr üçün ciddi çağırış hesab edir.  Bu gün Ukraynada azərbaycanlıların, ermənilərin ticarətlə məşğul olan biznesmenlərin oğurlanması onun sifarişi ilə baş tutur. Həmin şəxslərin azad olunması üçün 1 milyon dollardan çox pul tələb edir. Abroskin əlavə edib ki, bu "qanuni oğru”nun ölkədəki fəaliyyəti kriminal aləmin digər nümayəndələri tərəfindən müzakirə edilsə də, heç kim açıq şəkildə ona qarşı durmaq istəmir. 

Reçinski əlavə edib ki, Səlifovun Ukraynada çoxsaylı dəstəyi var ki, onlar da Quliyə Ukraynada kriminal vəziyyətə nəzarət etməkdə yardımçı olur. Bunlar arasında ukraynalı biznesmen Vaqif Əliev, eləcə də "Oleq Bakinski” ləqəbli sabiq kriminal "avtoritet” Oleq Krapivini göstərib. Azərbaycanın Şamaxı rayonunda olan bu şəxs Ukraynada Kiyev azərbaycanlıları təşkilatının sədridir. Reçinkinin sözlərinə görə, Krapivin Ukrayna daxili işlər naziri Arsen Avakovla dostluq münasibətləri saxlayır və ölkənin hüquq-mühafizə orqanlarının Quliyə qarşı loyallığına zəmanət verir. 



Oleq Krapivin (sağda)

Odessada isə vəziyyət hələ indi gərginləşməyə başlayır. Tez-tez oradan Qulinin adamları ilə "qanuni oğrular” Antimoz Kuxilava (Antik) və Mindin Qoradzenin (Lavasoğlu Batumski) döyüşçüləri arasında toqquşmalar baş verir. 

Bir neçə ay əvvəl silahlı insident zamanı Qulinin Odessa üzrə "nəzarətçisi” Sadiq Mirzoyev (Sadik) öldürülüb. Bundan bir müddət əvvəl isə Sadik bir neçə silahdaşı ilə birlikdə bazar yaxınlığında bir neçə nəfəri döydüyü üçün saxlanılıb. 2017-ci ilim mayında Odessada Qulinin iki yaxın adamı – İlham Hacıyev və Oktay Arxalıya qarşı sui-qəsd törədilib.

 

Antimoz Kuxilava (sağda) oğlu ilə

Bundan başqa, bu yaz informasiya yayılıb ki, Quli Baltikyanı ölkələri də nəzarətinə götürmək istəyir. Oradakı Azərbaycan diasporunun nümayəndələri də onları tabeliyə dəvət edən Qulinin adamlarından şikayət etməyə başlayıblar. 
 
Quliyə qarşı burada dura biləcək yeganə şəxs "Ada Zuqdidski” ləqəbli "qanuni oğru” Zurab Şamuqiyadır. 

Şamuqiyanın Latviyada böyük təsir dairəsi var. 2000-ci illərdə burada iki dəfə həbsxana həyatı yaşayan Gürcüstan əsilli Zuqdidski bu Avropa ölkəsində qalmaq qərarına gəlib. 2016-cı ildə eston mafiyasının lideri Nikolay Tarankovun qətlindən sonra onun regionda çəkisi xeyli artıb. Bəziləri onu Baltikyanı ölkələrin bir nömrəli "qanuni oğru”su hesab edir. 



Zurab Şamuqiya (Ada Zuqdidski)

Bunlara əsaslanaraq demək olar ki, Şamuqiya yerli çeçen qruplaşmalarla birlikdə Quliyə qarşı aktiv mübarizə aparacaqlar. Ancaq, yerli hüquq-mühafizə orqanları ehtiyat edir ki, "qanuni oğru” Baltikyanı ölkələri nəzarətə almaqda qətiyyətlidir və bunu nə yolu ilə olsa da, həyata keçirəcək, bu isə o deməkdir ki, polisi çox "şən” vaxtlar gözləyir. 

Bundan başqa, yerli biznesmenlərə nəzarətlə yanaşı Baltikyanı ölkələr Quliyə nüfuzunu genişləndirməyə və Avropadakı düşmənlərinə zərbələr endirməyə imkan verəcək. 

Və burada Quliyevin nəzarətə götürəcəyi ilk yer bir vaxtlar Caniyevə məxsus olan və hazırda onun sadiq adamı Həmzət Qastəmirov (Şeyx Həmzət) tərəfindən idarə edilən obyektlər olacaq. 

O, Quliyə qarşı çıxmaqla özünə diqqət çəkmək istəyirdi. Onun Rusiyadakı tərəfdarları isə daim Quliyə qarşı təhdidlər səsləndirirdi. Ancaq Qastəmirov gözləmədiyi yerdən zərbə aldı – Səlifovun onu ciddi fiqur kimi tanımaması ilə yanaşı, çeçen "oğru”lar da Qastəmirovu "şoumen” adlandırdı. 



Həmzət Qastamirov (Şeyx Həmzət)

Bu ilin mayında Çeçenistanda bir araya gələn Əziz Batukayev, Hüseyn Əhmədov (Xuseyn Slepoy), İslam Edilqireyev (İslam Bolşoy) və Əhməd Dombayev (Əhməd Şalinski) yekdilliklə qərar verdilər ki, Şeyx Həmzət "heç kimdir və o ikitərəlik salır”. Və ondan heç kimin zərər görməməsi üçün hamıya onu tanımamaq tapşırıldı.  

"Oğru” dünyasının nümayəndələrindən birinin sözlərinə görə, Avropadan olan bu biznesmen heç vaxt heç nəyə can atmayıb. 

Bundan sonra onun sadiq silahdaşları belə Şeyx Həmzətdən üz döndərməyə başladılar. Hətta Donbasda yaşayan Timur Dikiy (Tamayev) onu öldürməklə hədələdi. 



Timur Dikiy (Tamayev)

Eyni zamanda, Qulinin bu cür aktivləşməsi Rusiya hüquq-mühafizə orqanlarını narahat etməyə bilməzdi və nəticədə ölkə ərazisini ondan qorumaq qərarına gəldilər. Ötən ilin sonlarında Moskva məhkəməsi şərti olaraq Səlifovu həbs etdi və onu insan oğurluğu və dələduzluq maddələri ilə axtarışa verdi.

Səlifova qarşı onun sabiq əlaltısı və samaralı iş adamı Maqsud Qurbanovu oğurlayan şəxs ifadə verdi. 

Bununla yanaşı, qeyri-rəsmi olaraq, Rusiyada Qulini daha ağır cinayətlər törətməkdə ittiham edirdilər. Məlumatlarda Qulinin Azərbaycanda həbsdə olarkən bəzi qətllərin sifarişini verdiyi bildirilirdi. Qeyd edilib ki, Rusiya hüquq-mühafizə orqanlarında onun qurbanları ilə danışığının audioyazıları var. Həmin danışıqlar zamanı o, qurbanlarını açıq şəkildə təhdid edir. İndi Quli Rusiyaya gələn kimi dərhal həbs ediləcək. 

Problem ondadır ki, Qulinin təsir dairəsini genişməndirmək üçün fizi cəhətdən lazımı yerdə olması vacib deyil. "Lotu Quli” artıq brenddir, hər hansı işdə onun adını çəkmək kifayətdir.

Bu ilin mayında məlum olub ki, ötən ilin oktyabrında həbsdən çıxdıqdan sonra getdiyi Türkiyədə Quli arzuolunmaz şəxs elan edilib, bundan sonra isə o, BƏƏ-yə yollanıb. Bu ölkələrdən heç biri Rusiyanın "qanuni oğru”nu ekstradisiya etmə təklifini qəbul etməyib. 

Hətta Avropa Birliyinin üzvü olan Monteneqro da bu təklifi cavablandırmadı. Quli avqustun sonlarına yaxın 46 yaşını qeyd etmək üçün ora gedib, ancaq qardaşı oğlu Məhəmməd Qurbanovla birlikdə Podqoritsa aeroportunda saxlanılıb. Növbəti gün məhkəmə Qurbanovun həbsi ilə bağlı qərar qəbul edib, Quli isə azadlığa buraxılıb. 



Nadir Səlifov (Lotu Quli) Monteneqroda 

"Prestupnaya Rossiya” Monteneqronun Ali Məhkəməsinin sədrindən bu məsələ ilə bağlı şərh öyrənib. O deyib ki, Səlifovun işi hələ ki baxışdadır və yaxın gələcəkdə məsələ ilə bağlı əlavə məlumat verəcək. 

Ancaq məlumdur ki, son vaxtlar Monteneqro cinayətkarları Rusiyaya vermir. Misal üçün, Rusiyada iki biznesmenin qətlində ittiham olunan Çerkiz bazarının sabiq rəhbəri Telman İsmayılov bu ölkədə gizlənir. Bir neçə gün öncə məlum olub ki, məşhur müğənni Avraam Russonun oğurlanmasında da azərbaycanlı milyarder günahkardır. 

2014-cü il martın sonunda Monteneqro Rusiyaya qarşı sanksiyalara qoşulduğunu bildirib. 2016-cı ildə Rusiya və Ukraynadan olan 149 şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib. 

Bu ölkələr arasında münasibətlər 2016-cı ilin oktyabrında Monteneqro rəhbərliyinin dövlət çevrilişi ittihamı ilə 20 nəfər Serbiya vətəndaşını həbs etməsi ilə daha da korlandı. 

Bu işlə əlaqədar İnterpol üç serbi və iki rusiyalını axtarışa verdi. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həmin vaxt Monteneqronun rəhbərliyini anti-Rusiya informasiya kampaniyasında ittiham etdi. Ancaq Rusiya şübhəliləri verməkdən imtina etmədi.
 
Ona görə də Quli özü də bilmədən beynəlxalq siyasətin bir hissəsi olub. Bundan başqa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas düşməni olan Fətullah Gülən və tərəfdarlarına qarşı durmağa hazır olmasını deməsi ilə o, bu ölkənin siyasi mövqeyində xüsusi yer tutub.

Onun bu fikirləri heyrətedici deyildi – birincisi, o, bununla azadlıqdan çıxdıqdan sonra ona göstərilən qonaqpərvərliyinə görə Türkiyəyə təşəkkür edib, ikincisi, onun indi ətrafının bu məsələdə Quliyə təsiri böyük olub. Onun komandasında Türkiyə mafiyasının əsas liderlərindən biri Sedat Peker var. Peker pantürkizm ideyasının və Ərdoğanın kursunun tərəfdarıdır. 

Beləliklə bu fonda ayrı-ayrı tərəvəz bazarları uğrunda hər hansı mübarizə Nadir Sələfovu qarşıda nələrin gözləməsinin qarşısında xırda məsələdir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM