Buta.media "Qafqazinfo”-ya istinadən xəbər verir ki, "başçı” "Vaqif Kamışlovski” (Vaqif Güləhməd oğlu Sultanov) ağır qaraciyər xəstəliyindən ölmək üzrədir.
O, bir neçə gün öncə palliativ müalicə üçün xəstəxanadan evə buraxılıb. Hazırda 67 yaşlı avtoritet ağır vəziyyətdədir. O, artıq heç kimi tanımır. Azərbaycan diasporası "vor zakon”un xaricdə müalicəsi üçün pul toplamağa başlayıb.
Qeyd olunur ki, "Kamışlovski”nin aktiv işlərdən uzaqlaşması kriminal aləmdəki vəziyyətə də təsir edib. Hələ apreldə "hakimiyyət”in "Vorotnik”ə (Aleksandr Vorotnikov) təhvil verilməsinni planlaşdırıldığı oğru "sxodka”sı dağıdılıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (OBOP) əməkdaşları tərəfindən güc tətbiq edilərək görüşün qarşısı alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !