"Lotu Quli"ni Yekaterinburqda gözləyirlər

14:11 | 02.11.2017

"Lotu Quli"ni Yekaterinburqda gözləyirlər

"Lotu Quli"nin vaxtından əvvəl həbsdən azad edilməsi Rusiyanın Yekaterinburq şəhərində böyük coşğuyla qarşılanıb.

Anews.az lent.az-a istinadən xəbər verir ki, bu barədə yerli KİV xəbər yayıb.

Məlumata görə, hələ həbsdəykən Ural regionunu meyvə-tərəvəzlə təmin edən 4 saylı bazaya əl qoyan "Qulu" ora yeni "smotryayuşi" də təyin edib. Bu, 47 yaşlı Rəhman Abdullayevdir.

Sözügedən saytın məlumatına görə, "Quli" həbsdən çıxan gün Yekaterinburqdakı restoranların birində Rəhman Abdullayev tərəfindən böyük bir ziyafət də verilib. Ziyafətdə Abdullayev bəyan edib ki, "Quli" ən qısa zamanda Yekaterinburqa gələcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM