"Lotu Quli"nin adamını bu söhbətə görə vurdular - Təfərrüat

00:56 | 09.01.2018

"Lotu Quli"nin adamını bu söhbətə görə vurdular - Təfərrüat

"Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun adamının bıçaqlanması ilə bağlı bəzi maraqlı faktlar ortaya çıxıb.


Mia.az Lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl həbsdən çıxmış "Yetim Sabir” ləqəbli gənc avtoritet Şəmkirdə bıçaqlanıb. Onun "Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevlə ciddi mübahisəsi olub. Həmin mübahisəni əks etdirən telefon danışığı kriminal dairələrə yaxınlığı ilə seçilən internet resurslarında yayımlanmışdı.



Həmin telefon danışığı zamanı "Gəncəli Firdovsi” ilə "Yetim Sabir” arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yaranır. Firdovsi cəza çəkdiyi müəssisədə nəzarətin ona məxsus olduğunu bildirsə də, "Yetim Sabir” ona etiraz edərək, həmin yerin Nadir Səlifov ("Lotu Quli") və Yusif Əliyev ("Yuska Şamxorski") tərəfindən ona həvalə edildiyini deyib. Cavabında "Gəncəli Firdovsi”nin "Quli”ni oğru kimi tanımadığını deməsi "Yetim Sabir”in etiraz ilə qarşılanır və sonuncu, "Quli"ni "qanuni oğru” kimi tanınmayanları təhqir edir. "Gəncəli Firdovsi” isə öz növbəsində bu sözə görə "Yetim Sabir”in "cavab verməli olacağını" söyləyir.


Bu söhbətin yayılmasından heç bir ay keçməmiş "Yetim Sabir”in bıçaqlanması məhz kriminal qruplaşmaların növbəti hesablaşması kimi qəbul olunub.


Qeyd edək ki, "Gəncəli Firdovsi” ötən il Sankt- Peterburqda həbs edilərək, Azərbaycana ekstradisiya olunub. O, 2015-ci il avqustun 3-də Gəncə şəhəri Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılır. Dava nəticəsində Gəncə sakini,1985-ci il təvəllüdlü Niyaməddin Zeynalov bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Cəlal Abdullayev isə qarın nahiyəsindən bıçaq yarası alıb.


Hadisədən bir müddət sonra isə Firdovsi Mustafayev Rusiyaya qaçmağı bacarmışdı.

Xatırladaq ki, Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Elşad Mustafayevin oğludur. Eyni zamanda, onun əmisi Mustafayev Məqsəd Teyyub oğlu da ömürlük həbs cəzasına məhkum olunub. Onların hər ikisi hazırda Qobustan qapalı həbsxanasında saxlanılırlar.


Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə, həmçinin 1993-cü il Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin qətlində günahlandırılaraq həbs ediliblər.


Həmin iş üzrə ittihama görə, 1993-cü ilin iyununda "surətçilər” dəstəsi Əliyevi öz kabinetindən çıxararaq, qonşuluqdakı məktəbin həyətində güllələyiblər.

Samux rayonun sabiq icra başçısı Vaqif Mustafayev də həmin işlə bağlı həbs olunmuşdu. O, həbsxanada tutulduğu xəstəlikdən ölüb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti