“Lotu Quli”nin imperiyasına qardaşı rəhbərlik etməyə başladı – FOTO

23:26 | 27.08.2020
“Lotu Quli”nin imperiyasına qardaşı rəhbərlik etməyə başladı – FOTO

“Lotu Quli”nin imperiyasına qardaşı rəhbərlik etməyə başladı – FOTO

Avqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən məşhur kriminal avtoritet, "Lotu Quli” ləqəbli Nadir Səlifovun imperiyasına onun kiçik qardaşı rəhbərlik etməyə başlayıb.
Anews.az xəbər verir ki, "Novaya qazeta” belə yazır.
Bildirilir ki, Rusiyanın meyvə-tərəvəz bazarlarındakı ticarətçilər indi Namiq Səlifova haqq ödəyəcəklər.
44 yaşlı Namiq Səlifov "qanuni oğru” statusu daşıyır, "Namiq Bakinski” ləqəbi ilə tanınır. 1996-cı ildə Azərbaycan məhkəməsi Səlifov qardaşlarına uzunmüddətli hökm çıxarıb. Lakin necə olubsa, Namiq Səlifov 2001-ci ildə azadlığa çıxıb, 2013-cü ildə İstanbulda keçirilən "sxodka”da ona "qanuni oğru” statusu verilib.

"Lotu Quli” öldürüləndən sonra onun kriminal imperiyasının kimə miras qalacağı Rusiya mətbuatında müzakirə mövzusudur. Belə qənaət hökm sürür ki, kriminal aləmdə nüfuzuna və təsir imkanlarına görə  "Lotu Quli”yə bərabər fiqur qalmadığına görə parçalanmalar, toqquşmalar qaçılmaz olacaq.

Virtualaz.org

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM