Taylandda buddist rahibin yarıçılpaq qadının sinəsinə dini mərasim qaydalarına uyğun dua yazması və bu görüntünün fotosunun sosial şəbəkədə yayılması mübahisələrə yol açıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, buddizm inancına görə buddist rahib qadınlara toxuna bilməz, sadəcə dini mərasimlərdə qadınların alınlarına müqəddəs sözlər yaza bilər. Kişilərin isə sinəsinə müqəddəs sözlər yazmağa buddist rahibin icazəsi var.
Sosial mediada çılpaq qadının sinəsinə yazı yazan buddist rahib hər kəsin kəskin tənqidinə məruz qalıb. Amma bir maraqlı nüans var ki, fotonun müzakirəsinə qoşulan və fotodakı qadın olduğunu iddia edən şəxs özünün qadın deyil, transseksual olduğunu bildirib. O, eyni zamanda heç bir əməliyyat keçirmədiyini, sadəcə hormonal dərmanlardan istifadə etdiyini bildirib: "Mən qadın deyil, transam. Dərman aldığım üçün sinəm normaldan bir qədər böyük görünür, amma fiziki olaraq mən kişiyəm".
Amma bu açıqlama Tailand xalqı üçün yetərli olmayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !