“Luç” ən yaxşı hekayə müsabiqəsi elan etdi

11:02 | 03.12.2013
“Luç” ən yaxşı hekayə müsabiqəsi elan etdi

“Luç” ən yaxşı hekayə müsabiqəsi elan etdi

“Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası ən yaxşı hekayəyə görə “Qəlbinin hərarəti” adlı beynəlxalq müsabiqə elan edib.Təşkilat komitəsindən AzərTAc-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün rus dilində sərbəst mövzuda yazılmış, həcmi 40 min işarəyə qədər (ara yerlərlə birlikdə) olan bir əsər (hekayə) və özün barədə qısa məlumat göndərmək lazımdır.Müsabiqə materialları [email protected]/* */ elektron poçtu ilə 2014 cü il yanvarın 30-dək qəbul olunacaq. Müəllifin əsərinin alınmasının təsdiq edilməsi onun müsabiqədə iştirak etməsinə təminat verir.Qaliblərin mükafatlandırılması mərasimi 2014-cü ilin martında keçiriləcək. İlk üç yeri tutan şəxslərin əsərləri “Literaturnı Azerbaydjan” jurnalında dərc olunacaq. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM