"Qalatasaray" Roberto Mançininin istefa verdiyi baş məşqçi vəzifəsi üçün "Şaxtyor"un çalışdırıcısı Mirça Luçeskuya təklif göndərib.
Qol.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin "Sabah" qəzetində məlumat yer alıb. Bildirilir ki, rumıniyalı mütəxəssis İstanbul klubunun ona göndərdiyi təklifi qəbul edib.
Ancaq M.Luçeskunun Donetsk təmsilçisi ilə bir illik müqaviləsi olduğu üçün o, klubdan ayrılmasına "Şaxtyor"un prezidenti Rinat Axmetovu razı salmalıdır. Təcrübəli mütəxəssisin buna görə "Qalatasaray"dan bazar gününə kimi vaxt istədiyi iddia edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !