Luçeskunun "Qalatasaray"da işləməyəcəyi dəqiqləşdi

13:24 | 16.06.2014
Luçeskunun "Qalatasaray"da işləməyəcəyi dəqiqləşdi

Luçeskunun "Qalatasaray"da işləməyəcəyi dəqiqləşdi

“Qalatasaray”a baş məşqçisi təyin olunacağı gözlənilən Mirça Luçesku hazırkı klubu “Şaxtyor”da qalmağa qərar verib.

Qol.Az-ın Rumıniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis daha bir il Donetsk “Şaxtyor”unu çalışdıracaq. 

Təcrübəli mütəxəssis bir müddət əvvəl “Qalatasaray”a gələcəyinə razılıq versə də, “Şaxtyor”un prezidenti Rinat Əhmədovun təkidi ilə öz klubu ilə yeni bir illik müqavilə imzalayb. Luçeskunun “Şaxtyor”da ilinə 4.5 milyon avro qazanacağı deyilir.

Qeyd edək ki, 69 yaşlı mütəxəssis 2000-2002-ci illər mövsümündə "Qalatasaray"ı çalışıdıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM