"Austrian Airlines”in törəmə aviaşirkəti olan "Lufthansa” kadr çatışmazlığı səbəbindən bu həftənin sonuna olan 27 uçuşunu ləğv edib.
"Report” xarici mediaya istinadən bildirir ki, ləğv olunan reyslər əsasən Avropaya təşkil olunanlardır. Brüssel, Nice, Buxarest, Amsterdam, Varna, Bakı və Vyana və digər şəhərlərə uçuşlar ləğv olunub.
Əsasən pilotların çatışmazlığı üzündən ləğv olunan reyslər haqqında əvvəlcədən məlumat verilib.
Vəziyyətin növbəti həftədən düzələcəyi gözlənilir. Bunun üçün 20-dən çox pilot yenidən təhsil almağa göndərilib. Bununla yanaşı, işçilərin bir qismi də səhhətləri ilə əlaqədar məzuniyyətdədirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !