Luis Bonu gələn həftə Qafqazın 3 ölkəsinə səfər edəcək - Dövlət Departamenti

10:10 | 03.03.2023
Luis Bonu gələn həftə Qafqazın 3 ölkəsinə səfər edəcək - Dövlət Departamenti

Luis Bonu gələn həftə Qafqazın 3 ölkəsinə səfər edəcək - Dövlət Departamenti

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Luis Bonu gələn həftə regionun üç ölkəsi - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays cümə axşamı keçirdiyi brifinqdə deyib. 
 
"Cənubi Qafqazın hər üç ölkəsinə müntəzəm səfərlər olacaq. Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləmək üçün yüksək səviyyəli liderlərlə görüşməyi planlaşdırır. Səfər çərçivəsində o, Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək. O, Bakıya, İrəvana və Tiflisə də bu ardıcıllıqla gedəcək”, – Prays bildirib.

Onun sözlərinə görə, bu, Bonoya fevralın ortalarında Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi, Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında keçirilmiş görüşün nəticələrinə əsaslanmaq imkanı verəcək.
 
Milli Məclisin deputatı Arzu Nağıyevin fikrincə, bu görüşün əsas məqsədi Amerika Birləşmiş Ştatlarının mövqeyini ortaya qoymaqdır.
 
"Avropa sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən addımlar atır. Eyni zamada qərb və Rusiyada bunun tərəfdarıdır. Bu səfər bir mənalı şəkildə Amerikanın möyqeyini ortaya qoymaqdır. Azərbaycanla aparılan danışıqlarda əsasən, Xocalıda keçirilən görüş, Zəngəzur dəhlizinin açılması məsələsi,eyni zamanda sülh müqaviləsinin imzalanması prosesində hansı addımların atılması istiqamətində məsələlər danışıla bilər. Bu gün regionda bir nüfuz savaşı gedir. Buna görə də ABŞ daha ciddi şəkildə çalışır. Təbii ki Rusiya da, çalışır ki, özünün nüfuzundan istifadə edərək regionda istər qərbi, istərsə də,  ABŞ-ı sıxışdırsın. Ancaq Azərbaycan sülhün tərəfdarıdır. Biz hər yerdə bunu bəyan edirik. Bononun sonda Tiflisə səfəri gözlənilir. Gürcüstan məsələsində isə bu ölkənin ərazi bütovlüyü və suverenliyi prioritet olacaq ki, bununla da Qərb Rusiyaya Cənubi Qafqazdakı varlığını sübut etməyə çalışır",- deputat vurğulayıb.
 
ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Luis Bonu tutduğu vəzifədə Cənubi Qafqaza ilk səfəri olacaq.

Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb