• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Luis Enrikenin 9 yaşlı qızı xərçəngdən vəfat edib

Luis Enrikenin 9 yaşlı qızı xərçəngdən vəfat edib
30.08.2019 21:30
İspaniya millisinin və "Barselona”nın sabiq baş məşqçisi Luis Enrikenin qızı dünyasını dəyişib.
APA-nın məlumatına görə, 9 yaşlı Ksana xərçəng xəstəliyindən vəfat edib.
Son 5 ayda osteosarkoma – sümük xərçəngi ilə mübarizə aparan qızın müalicəsi fayda verməyib. Bunu L.Enrikenin özü sosial şəbəkədə açıqlayıb: "Bu gün qızımız Ksana 9 yaşında osteosarkoma ilə 5 aylıq intensiv mübarizədən sonra vəfat etdi. Bu aylar ərzində sevgi nümayiş etdirən hər kəsə təşəkkür edirik. San-Xuan-de-Deu və San-Pau xəstəxanalarının əməkdaşlarına da minnətdarıq. Ksana, biz sənin üçün darıxacağıq. Amma həyatımızın hər günü səni xatırlayacaq və yenidən görüşəcəyimizə ümid edəcəyik. Sən bizim ailənin yolgöstərən ulduzu olacaqsan”.

L.Enrike üzləşdiyi faciə ilə əlaqədar çoxsaylı başsağlığı alıb. Onun futbol həyatında komanda yoldaşı, rəqibi olan hər kəs ispaniyalıya dəstək olub. Türkiyəli futbolçu Arda Turan da qızını itirən ataya başsağlığı verməyi lazım bilib. O, bunu sosial şəbəkədəki paylaşımı vasitəsilə edib: "Sevgili bəyim, qızın Ksananın itirdiyin üçün çox üzgünəm. Bütün qəlbimlə siz və ailənizin acısını paylaşıram”.
Qeyd edək ki, 49 yaşlı L.Enrike bu ilin iyununda yığmanı tərk edib. Bunadək isə millinin üç oyununu ailə məsələlərinə görə buraxmalı olub

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol